Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.
“Report”un məlumatına görə, XVII turun görüşləri aprelin 20-də təşkil olunacaq.
Əvvəlcə saat 12:00-da “Qarabağ” və “Azəryol” komandaları üz-üzə gələcəklər. Daha sonra “Bakı” ilə “Kür” münasibətlərinə aydınlıq gətirəcəklər. Bu matç saat 14:00-da start götürəcək.
“AHF Arena”da keçiriləcək hər iki görüş federasiyanın rəsmi “facebook” səhifəsi və “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb.
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov qadınlardan ibarət millinin üzvləri ilə görüşüb.